Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Əlaqə
Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS-nin direktoru
Muradova Müşgünaz Rza qızı
 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaşünaslıq və Biblioqrafiya fakultəsinə daxil olmuş, 1983-cü ildə tam kursu bitirmişdir.
1980-ci ildən Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor müavini işləmişdir. 2007-ci ildən hal hazıra kimi Qubadlı rayon MKS-nin direktoru vəzifəsində işləyir.
1987-ci ildən başlayaraq «Bilik cəmiyyəti» nəzdində kitabxanaçılıq kurslarında dərslər aparmış, eyni zamanda Azərbaycan Dövlət Müəllimlər Inistitunun tarix fakultəsini yenidən bitirərək orta məktəblərdə tarix ixtisası üzrə dərsləri tədris etmişdir. 
İşlədiyi müddətdən hal-hazıra kimi Respublikamızda gedən bütün ictimai işlərdə rayon səviyyəsində yaxından iştirak etmişdir.
Sovetlər dövründə əmək fəaliyyətinə başladığı dövrdən Mədəniyyət şöbəsi ilk partiya təşkilat katibi işləmişdir. 
Yeni Azərbaycan Partiyası yaranandan onun proqram və nizamnaməsini qəbul edərək, sıralarına daxil olmuşdur. 
1995-ci ildən hal-hazıra kimi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı seçki məntəqəsində sədr vəzifəsində işləyir. 
1995-ci ildə, 2003-cü ildə və müxtəlif dövrlərdə Azərbaycan Respublikası Qadınlar Qurultayına Qubadlı təşkilatından nümayəndə seçilmişdir. Ailəlidir, 3 övladı var.

Kitabxananın ünvanı:
AZ 5000, Sumqayıt şəhəri, 41-ci məhəllə, 28 may  Mədəniyyət evi

 

Əlaqə telefonları:
(01864) 4 73 96 (iş)
050 554 24 59 (mob.) 
qubadli.mks@mail.ru
Kitabxana həftənin bütün günləri (şənbə və bazar günləri də daxil olmaqla) fasiləsiz işləyir.

Ünvan: Sumqayıt şəhəri, 41-ci məhəllə, 28 may Mədəniyyət evi

Veb-səhifə: http://gubadli.cls.az