Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
5 İyul , 2021
Bu gün Qubadlı rayon Sarıyataq kəndindən olan Şəhid Bölük komandiri Leytenant Ülvü Məhərrəmovun ad günüdür.Qubadlı rayon Mərkəzi kitabxanasının əməkdaşları Şəhidin ad günü münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirində yaxından iştirak etdilər.

 Məhərrəmov  Ülvü  Tahir  oğlu  05 iyul 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.2003-cü ildə Qubadlı rayonunun Mahruzlu kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərərk Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və 2015-ci ildə həmin məktəbibitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyasına qəbul olmuş və 2019-cu ildə akademiyanı bitirərək leytenant hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabr ayından isə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. 
Vətən müharibəsi başladıqda bir neçə rayonun alınmasında iştrak edir. Füzuli rayon istiqamətindəki ağır döyüşlərin birində öz yaralı əsgərini xilas etmək istəyib.Ona "getmə tək uşaqsan sənə bir şey olar" desələr də,o "bura döyüşməyə ölməyə gəlmişik" deyib və əsgərini xilas etməyə getmiş və orda qəhrəmancasına şəhid olmuşdur.Subay idi.
Sumqayıt  şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Allah bütün şəhidlərimizə rəhmət etsin !!!