Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
22 Oktyabr , 2021

Sumqayıt  Regional  Mədəniyyət  İdarəsi Qubadlı  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sistemi Gəncə Regional Mədəniyyət İdarəsi Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin Qarayeri  qəsəbə  kitabxana  filialının birgə təşkilatçılığı ilə   Qubadlı  rayonunun  27 illik  işğalından   azad  olunması  münasibəti  ilə  “Qubadlı    qayıdışın  mübarək”  adlı onlayn  yoldaşlıq  görüşü  keçirildi.

Tədbirə  başlamazdan  öncə  Qarabağımızın  azadlığı  uğrunda   canından  keçən şəhidlərimizin  əziz  xatirəsi bir  dəqiqəlik  sükutla  yad  edildi. 

            Tədbirdə  qonaq  qismində Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin  direktoru  Müşgünaz xanım Muradova və kitabxananın kollektivi, Samux rayon  Mədəniyyət Mərkəzinin  nümayəndələri, Füzuli  rayon MKS-nin nümayəndələri  iştirak  etdilər.

Tədbiri  giriş  sözü  ilə  açan  Samux  rayon  Qarayeri  qəsəbə  kitabxana  filial  müdiri  Samirə  Məmmədova  çıxışında  44 günlük  Vətən  Müharibəsində  Samux  rayonundan  olan  gənclərin torpaqlarımızın  azadlığı  uğrundan  gedən döyüşlərdə  iştirak  etməsindən və 25  nəfər Vətən  Müharibəsi şəhidinin olmasından , 112 nəfərin  müxtəlif  dərəcəli  yaralar  almasından, ümumilikdə ölkə  üzrə  Vətən  Müharibəsi  Qəhrəmanı  adına  laiq  görülmüş  83  nəfərdən 1 nəfər  Samux  rayon  Lək kəndindən  Olan Hüseynov Əli Rəşid  oğlunun olmasından danışdı.

Gəncə  Regional Mədəniyyət  İdarəsinin  Samux  rayon üzrə  baş  məsləhətçisi  Suleyman  Əliyev  qonaqları  salamlayaraq  Qubadlının azad  olunması münasibəti  ilə  başda  Ali  Baş  Komandan  olmaqla  bütün  Azərbaycan  xalqını, Qubadlı  rayon MKS-nin  kollektivini təbrik  etdi və onlara  tezliklə  yurd -yuvalarina qayıtmağı  arzu  etdi.

Qubadlı rayon MKS-nin  direktoru  Müşgünaz  xanım  Muradova  çıxış  edərək tədbir iştirakçılarını   salamladı. Qubadlı  rayonun  işğaldan  qabaq  və  işğaldan  azad  olunduqdan  sonrakı  vəziyyətindən  danışdı. Ali Baş  Komandan  cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  Qubadlı  rayonunda  abadlıq  və yenidənqurma  işləri  aparıldığından və   tezliklə  öz  yurd -yuvalarına  qayıdacaqlarından danışdı. Bu  sevinci birlikdə qeyd etməyimizə  görə  Samux  rayon MKS-nin kollketivinə  və  kənd  qəsəbə  kitabxana  filiallarına  təşəkkürünü  bildirdi. Qubadlı rayon MKS-nin Kitabxana  Biblioqrafiya proseseslərinin  avtomatlaşdırılması şöbəsinin müdiri  Əzizə Aliyeva, İnformasiya-resurs şöbəsinin  müdiri  Turan  Bağdadova ,Oxuculara  xidmət  şöbəsinin  müdiri  Akifə  Sərməsova, Füzuli  rayon  MKS-nin nümayəndəsi  Xavər Nəbiyeva, Samux rayon  MKS-nin  Oxuculara  xidmət  şöbəsinin  müdiri  Vüsalə  Əliyeva, Samux rayon Mədəniyyət  Mərkəzinin Qarayeri  qəsəbə  klub  müdiri  Günel Həsənova, Mədəniyyət  Mərkəzinin əməkdaşı Şəlalə Tağıyeva da  öz  çıxışlarında  Qubadlının  Azadlıq sevincini  bir-biri  ilə  bölüşdülər.  

Tədbir Gəncə və Sumqayıt Mədəniyyət Nümayəndəliyinin əməkdaşlarının böyük marağına səbəb oldu.