Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
19 May , 2022
Qubadlı yazarları ilə birgə “Azad Qarabağım və Şuşalı ilim” adlı tədbir keçirilib. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində dəyirmi masa təşkil edilərək keçirilib. Tədbirdə Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri Qafqaz Əvəzoğlu, Mürvət Qədimoğlu, Elbrus Qayalı, Asif Talıboğlu, Xan Rəsuloğlu, Sevindik Mehman, Mahir Sarıyev, Qaratel Azəri, İlhamə Nasir, Usta Fəxrəddin və başqaları iştirak ediblər.
MKS-in direktoru Müşgünaz Muradova tədbiri torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək açıq elan edib. Xidmət şöbəsinin müdiri Akifə Sərməsova yazarlarımız haqqında qısa xülasə verdikdən sonra söz Qafqaz Əvəzoğluna verilib. Şair qalib ölkənin şairlərinin və ədəbi yazarlarının hazırki fəaliyyətindən danışıb. Kitabxananın direktoru tədbirə gələn şairlərə söz verərək, yaradıcılıqlarına bir qədər nəzər yetirib və yeni kitablarını, yazılarını oxuculara təqdim edib.
Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinin müəllim və şagirdləri yazarların vətənpərvərlik ruhlu şeirlərini ifa ediblər.
Sonda tədbir iştirakçıları “Qubadlı yazarları” adlı kitab sərgisinə baxış keçiriblər.