Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
31 Mart , 2016
Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsində Mərkəzi kitabxana, Mahmudlu kənd mədəniyyət evi, Mahmudlu kənd orta məktəbi ilə birlikdə Mədəniyyət evinin foyesində "31 Mart Azərbaycanlıların Soyqrımı günü" nə aid dəyirmi masa keçirildi.Tədbir iştirakçıları əvvəlcə Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxaraq, soyqrım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra soyqrım qurbanlarına həsr olunmuş geniş videoçarxa baxıldı.MKS-nin direktoru Müşgünaz Muradova , məsləhətçi Eldar Hüseynov, Mahmudlu kənd orta məktəbinin direktoru Mahir Sarıyev Mart soyqrımının tarixindən, Quba məzarlığından geniş bəhs etdilər.. Məktəb uşaqları soyqrıma həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Sonda Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının gələcək nəsillərə çatdırılmasının çox önəmli olduğunu vurğuladı.
Foto Qalereya