Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
26 Aprel , 2016

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair 2015-2016-cı illər üzrə Tədbirlər Planı ”na uyğun olaraq 26 aprel 2016-cı il tarixdə Qubadlı rayon Mədəniyyət Şöbəsinin foyesində Mərkəzi Kitabxana Sistemi , Mahmudlu kənd mədəniyyət evi və rayon mədəniyyət evi birlikdə “ Vətən bölünməz,şəhidlər ölməz ” adlı tədbir keçirdi. Tədbirdə Mahmudlu kənd orta məktəbinin X-XI sinif şagirdləri, mədəniyyət müəssisələrinin bütün işçiləri iştirak etdilər. Əvvəlcə kitabxananın hərbi- vətənpərvərlik mövzusunda təşkil etdiyi sərgiyə baxdılar. Tədbir iştirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. MKS-nin direktoru Müşgünaz Muradova Dağlıq Qarabağ düyününün tarixi , bugün vətənimizdə gedən hərbi münaqişələrdən geniş danışdı. Mədəniyyət şöbəsinin məsləhətçisi Eldar Hüseynov , Metodika və biblioqrafiya şöbəsinin müdiri Əmrah Hüseynov, Mədəniyyət evinin müdiri Ziba Kazımova və s. çıxış edən yoldaşlar vətənpərvərlik, vətən naminə canından keçən, şəhidlik zirvəsinə ucalan hər bir vətən övladının ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət dilədilər. Torpaqlarımızın tezliklə geri alınacağına , şəhidlərimizin qanının yerdə qalmayacağına əmin olduqlarını bildirdilər.