Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
10 May , 2016

Qubadlı rayon Mədəniyyət Şöbəsinin müəssisələri -  Mərkəzi Kitabxana Sistemi və Mədəniyyət evləri birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə VIII Ümumrespublika kitab bayramına həsr edilmiş kitab sərgisi və kompozisiya keçirdilər.Tədbirdə Mədəniyyət Şöbəsinin işçiləri və oxucular iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə ulu öndərə həsr edilmiş “Heydər Əliyev və kitabxana işi” mövzusunda sərgiyə baxdılar. “Heydər Əliyev və mədəniyyətimiz ” adlı videoçarxa baxıldıqdan sonra MKS-nin direktoru Müşgünaz Muradova Heydər Əliyevin bütün fəaliyyəti ilə yanaşı kitabxana sahəsində də gördüyü işlərdən danışdı.Mahmudlu kənd mədəniyyət evinin qiraət üzvləri ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər ifa etdilər.Mədəniyyət və turizm şöbəsinin müdiri İlham Əhmədov hələ sovetlər dövründə ulu öndərin mədəniyyət sahəsində gördüyü işlərdən geniş danışdı.Sonra mədəniyyət işçiləri ulu öndərin xatirəsinə-93-cü il dönümünə  həsr edilmiş ümumrayon iməcliyində iştirak etdilər.