Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
26 May , 2016

Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Şöbəsində “18 iyun-İnsan Hüquqları Günü”  münasibətilə tədbir keçirildi. Tədbirdə mədəniyyət müəssisələrində çalışan rəhbər işçilər , əməkdaşlar və oxucular iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə “18 may-18 iyun İnsan Hüquqları aylığı” başlığı altında oxu zalının təşkil etdiyi Ombutsman aparatından göndərilmiş insan hüquqları haqqında  geniş sərgiyə baxdılar. Mərkəzi kitabxananın direktoru Müşgünaz Muradova  tədbiri açaraq “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında insan hüquqlarından geniş danışdı .

Vətənimizdə insan hüquqlarının qorunmasında Azərbaycan Respublikasının Konstitusiyasında insanın hüquq və azadlıqları və İnsan  Hüquqları üzrə müvəkkil Ombutsman aparatının gördüyü işlərı təhlil etdi. Mahmudlu kənd orta məktəbinin direktoru Mahir Sarıyev təhsil hüququndan , Mədəniyyət şöbəsi Həmkarlar ittifaqının sədri Əmrah Hüseynov mədəniyyət hüququndan danışdı. Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov Milli Fəaliyyət Proqramına uyğun olaraq “İnsan Hüquqları aylığı” günü münasibətilə qarşımızda duran vəzifələrdən, dövlətimizin apardığı uğurlu siyasətdən və bu gün başımıza gələn bəlaların səbəblərindən, hüquqlarımızın pozulmasından danışdı. Sonda tədbir iştirakçıları belə mövzuda tədbirlərin keçirilməsinin çox önəmli və faydalı olduğunu vurğuladılar.