Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
25 Fevral , 2017
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Qubadlı rayon Nümayəndəliyi Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Mərasim iştirakçıları “Xocalı faciəsi-qan yaddaşımızdır” mövzusunda geniş təşkil edilmiş kitab sərgisinə ürək ağrısı ilə baxdılar. MKS-nin direktoru Müşgünaz Muradova, oxu zalının müdiri Sevda Əliyeva, kitabxanaçı Nigar Aslanova , Metodika və biblioqrafiya şöbəsinin müdiri Əmrah Hüseynov Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən danışaraq erməni vəhşilərinin Azərbaycana qarşı törətdikləri soyqırımın – insanlığa və bəşəriyyətə qarşı törədildiyini bir daha xatırlatdılar.