Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
17 Mart , 2017







Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 16 mart 2017-ci il tarixdə “Açıq kitabxana” layihəsi əsasında tədbir keçirdi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017 – ci ilin birinci yarımili üzrə iş planının 3.14-cü bəndinə əsasən cari ilin mart ayında nazirliyin “Azərbaycan Milli Kitabxanası tərəfindən həyata keçirilən “Açıq kitabxana” layihəsi haqqında” 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli Kollegiya qərarının icrası ilə bağlı olaraq, Qubadlı rayon Mərkəzi kitabxanası Sumqayıt şəhər “Şəfa” sanatoriyasındakı məcburi köçkünlərin sıx məskunlaşdığı ərazidə “Açıq kitabxana” keçirdi. Kitabxanaya müxtəlif oxucu qrupları cəlb olundu. Təşkil olunmuş sərgidə müxtəlif mövzularda kitablar və dövrü mətbuat təbliğ olundu.