Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
31 Mart , 2017

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı Rayon Nümayəndəliyinin mədəniyyət müəssisələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Mahmudlu kənd Mədəniyyət evi, Rayon Mədəniyyət evi, Mahmudlu kənd Uşaq musiqi məktəbi 31 mart - Soyqırım Günü münasibətilə tədbir keçirdi. Tədbiri Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba İbrahimova açaraq soyqırım qurbanlarını 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Tədbir iştirakçıları soyqırım qurbanlarından bəhs edən video-çarxa və kitab sərgisinə baxdılar. MKS-nin direktoru Müşgünaz Muradova 1918-ci il mart ayının 31-dən aprel ayının 3-nə qədər davam edən bu dəhşətli qətliamın bu gün başımıza gələn Dağlıq Qarabağ düyününün kökü olduğunu söylədi və tarixi faktlara əsaslanaraq aprel döyüşləri ilə əlaqələndirdi. Sonra Metodika və biblioqrafiya şöbəsinin müdiri Əmrah Hüseynov mövzu ətrafında danışdı. Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov başımıza gələn müsibətlərin unutqanlığımızın nəticəsi olduğunu nəzərimizə çatdırdı,erməni vəhşiliyinin gələcək nəsillərə çatdırılması bu gün hər birimizin vəzifə və vətəndaşlıq borcunun  olduğunu vurğuladı.