Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
10 May , 2017

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı Rayon Nümayəndəliyi Mərkəzləşdirilmiş  Kitabxana Sistemi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş IX Ümumrespublika kitab bayramı keçirdi.Tədbiri MKS-nin  direktoru M.Muradova açaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş IX Ümumrespublika kitab bayramı münasibətilə Ulu öndərin əbədiyaşarlığından mədəniyyətə və kitabxanaya verdiyi dəyərdən danışaraq tədbir iştirakçılarını və xalqımızı təbrik etdi.

            Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov , Regionalın əməkdaşı Eldar Hüseynov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş IX Ümumrespublika kitab bayramı münasibətilə öz təbriklərini çatdırdılar. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər və rəqs etdilər. Tədbirin sonunda Qubadlı rayon İcra Hakimiyyətinin müavini Xoşqədəm Alıyeva Ulu Öndər Heydər Əliyevin həyat yolundan , mədəniyyət işçilərinə verdiyi dəyərdən, müstəqil Azərbaycanımızın xoş gələcəyindən danışaraq kitab bayramı və Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Rayon İcra Hakimiyyəti adından oxucuları təbrik etdi.