Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Xəbərlər
16 May , 2017

      16 may 2017-ci il tarixdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon Nümayəndəliyində Mərkəzi Kitabxana klassik şair, ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə SRMTİ –nin nümayəndəsi Eldar Hüseynov , Qubadlı rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov və Qubadlı rayon mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdilər.Tədbir  iştirakçıları  “Molla Pənah Vaqif-300” mövzusunda geniş sərgiyə baxdılar.
     Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Müşgünaz Muradova Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Molla Pənah Vaqifin 300 illiyinin YUNESKO səviyyəsində keçirilməsi barədə verdiyi sərəncamdan danışdı. Tədbir iştirakçıları Molla Pənah Vaqifin həyatının Qarabağın tarixi ilə bağlılığına  həsr olunmuş  video-çarxa baxdılar.
MKS-nin əməkdaşları metodist Məleykə Paşayeva, şöbə müdirləri Əzizə Alıyeva və Əmrah Hüseynovun çıxışları dinlənildikdən sonra 1797-ci ildə Şuşa İran şahı Ağa Məhəmməd Şah Qacar tərəfindən işğal olunduğu gün Ağa Məhəmməd Şah Qacarın Şuşada qətlə yetirilməsi səhnəsinə baxdılar.Çıxış edənlər bu gün Şuşada erməni faşistlərinin niyyətlərinin boşa çıxacağını , Qarabağın erməni tapdağından tezliklə azad olunacağını əminliklə bildirdilər.
         Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon Nümayəndəliyinin Baş məsləhətçisi İlham Əhmədov və regionun əməkdaşı Eldar Hüseynov bu tədbirin əhəmiyyətindən danışdılar və bu cür tədbirlərin silsilə formasında davam edəcəyini bildirdilər.