Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Xəbərlər
8 Sentyabr , 2017

        Sumqayıt RMTİ Qubadlı rayon Nümayəndəliyi Qubadlı rayon Mərkəzi kitabxanası  “Səyyar kitabxana”  layihəsi çərçivəsində Şəfa sanatoriyasının məcburi köçkünlərin sıx məskunlaşdığı ərazisində kitab sərgisi təşkil etdi.

         Yay mövsümündə açıq havada keçirilən tədbirin məqsədi kitabxanaya yeni oxucu cəlb etmək idi.Sərgidə müxtəlif mövzularda - tariximizə, milli-mənəvi dəyərlərimizə,xalq yaradıcılığına,Qubadlı rayonunun tarixinə,mədəniyyətinə aid 200 nüsxə kitab nümayiş etdirildi .

         Təbliğat xarakterli “Açıq kitabxana” sakinlərin marağına səbəb oldu.