Qubadlı rayon Mərkəzi kitabxanası

Qubadlı rayon MKS
Xəbərlər
11 May , 2018

Qubadlı rayon Mərkəzi Kitabxanası may ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş  X Ümumrespublika Kitab Bayramı keçirdi. Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə 1000 nüsxədən çox kitab sərgiləndi.Sərgidə Ulu Öndərin həyatının bütün dövrlərini əks etdirən kitablar da sərgiləndi.

1918-ci ilin “ Azərbaycan Xalq Cumhuriyyəti ili “ elan olunması ilə əlaqadar ayrıca sərgiyə, “Qarabağın tarixi”nə aid sərgiyə, “ Biz Qubadlıya qayıdacağıq” başlıqlı sərgiyə, Qubadlı yazarlarının əsərləri - Kamran Hüseynovdan bəhs edən “Ömrün 100 anı”, Dədə Süleymanın, Əli Vəliyevin, Əli İldırımoğlu, Cəlal Bərgüşad, Əliağa Aslan, Firdovsi Cəfərxan və müasir Qubadlı yazarlarının əsərlərinə iştirakçılar həvəslə baxdılar. Mir Cəlal-110 , möhtərəm prezidentimiz İlham Əliyev cənablarına aid kitablar, “Mehriban xanım Əliyeva –XXI əsrin böyük qadını” , İnsan hüquqlarına aid, ”Yeni kitablar”, “Azərbaycan tarixi” , Ensiklopediya və lüğətlər bölməsi, uşaqların əl işləri və rəsm əsərləri ayrıca sərgilənmişdi.

X Ümumrespublika Kitab Bayramında Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov başda olmaqla rayon ictimaiəti, ziyalılar, gənc yazarlar, məktəblilər iştirak edirdilər . Əl işlərindən ibarət sərgi,uşaqların yaradıcılıq işlərinə maraqla baxıldı.

Tədbirin materialları  “Mədəniyyət”, yerli “Bərgüşad” və “Sözün sehri” qəzetlərində işıqlandırılmaq üçün göndərildi.Tədbir  AZTV və Sumqayıt DTV kanalı vasitəsilə yayımlandı.