Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Xəbərlər
18 Yanvar , 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Nümayəndəliyi Rayon Mədəniyyət evi və Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi birgə 18 yanvar 2019-cu il tarixdə 20 yanvar şəhidlərinə həsr edilmiş anım mərasimi keçirdi. 20 yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəndən sonra 20 yanvar şəhidlərinə həsr edilmiş video-çarxa baxıldı. Tədbiri açıq elan edən MKS-nin direktoru Müşgünaz Muradova  çıxış edərək 20 yanvar faciəsinin hansı səbəbdən baş verdiyini və bugün müstəqilliyimizin əsasının o vaxtdan qoyulduğunu tədbir iştirakçılarına bir daha çatdırdı. Söz Rayon Mədəniyyət evinin bədii rəhbəri Fatimə Hüseynovaya verildi. O , Qanlı Yanvar baş verən vaxtda Bakıda tələbə olduğunu və hadisənin canlı şahidi olduğundan danışdı. Sonda söz Qubadlı rayon Nümayəndəliyinin baş məsləhətçisi Əmrah Hüseynova verildi. O, Şəhidlər Xiyabanının bu gün and yerimiz olduğunu və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildirdi.