Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
29 Mart , 2019

SRMİ-nin Qubadlı rayon Nümayəndəliyində Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Rayon Mədəniyyət evi  birgə “31 mart 1918-ci il soyqırım günü”  ilə əlaqədar dəyirmi masa keçirdi. Tədbiri açıq elan edən MKS-in direktoru Müşgünaz Muradova və iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sərgiyə və video-çarxa baxıldıqdan sonra  M.Muradova,M.Paşayeva, F.Hüseynova faciə haqqında ətraflı danışdılar. Sonda Qubadlı rayon Nümayəndəliyinin baş məsləhətçi əvəzi Ə.Hüseynov başımıza gələn müsibətlərin əsasını unutqanlığımızla bağladı.