Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
25 Aprel , 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Nümayəndəliyində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Həqiqət Günəşi”adlı tədbir keçirilmişdir. Tədbirdə Rayon Nümayəndəliyinin tabeliyində olan bütün müəssisələrin mədəniyyət işçiləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Eldar Hüseynov  və oxucular iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə “2019- Nəsimi ili” adlı kitab sərgisinə baxdılar. MKS-in direktoru Müşgünaz Muradova tədbiri açıq elan etdikdən sonra Nəsiminin həyat və yaradıcılığından bəhs edən video-çarxa baxdılar. M.Muradova böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması barədə Möhtərəm Prezidentimiz İlham Əliyev  cənablarının imzaladığı sərəncamı təhlil edərək bunun ədəbi irsimiz və mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli bir il olduğunu vurğuladı. Məruzə üçün söz Oxu zalının müdiri Sevda Əliyevaya verildi. Tədbirin gedişində Rayon mədəniyyət evinin Bədii-rəhbəri Fatimə Hüseynova, Şair Xan Rəsuloğlu ,Xürrəm Qafanlı,şair Mahır Sarıyev, şair – publisist Eldar Xanlaroğlu və başqaları Dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin bütün dünyanın ən nəhəng söz adamlarından olduğunu, insanı ilahiləşdirən, ucaldan, bənzərsiz şeirlər müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynayan şair olduğundan danışdılar. Nümayəndəliyin baş məsləhətçisi Əmrah Hüseynov şairin cəsarətindən,həqiqətpərəstliyindən, cəhalətə qarşı “Ənəl-həqq” deyən insanın üsyankarlığından danışdı. Rayon mədəniyyət evinin Bədii-qiraət dərnəyinin üzvləri tərəfindən Nəsimiyə aid Azərbaycan şairlərinin yazdığı poemalardan parçalar səsləndi və onun qəzəlləri xanəndə Məzahir Məmmədovun ifasında canlandı. Tədbirdə fəal iştirakına görə dərnəyin üzvləri Mərkəzi Kitabxana Sistemi tərəfindən kitab hədiyyələri və Fəxri Fərmanla   təltif edildilər. Sonda tədbir iştirakçıları Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Azərbaycanlı şair” olduğunun gələcək nəsillərə çatdırılmasının  bugün qarşımızda duran ən vacib vəzifələrdən biri olduğunu bir daha vurğuladılar.

Foto Qalereya