Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
2 Sentyabr , 2019
SRMİ-nin Qubadlı rayon Nümayəndəliyinin Mərkəzləşdirilmiş Kitabxana Sistemi bildirir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsini səmərəli artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndini əsas tutaraq, 21 avqust-21 sentyabr tarixdə elan olunmuş, “Sülh aylığı” ərəfəsində bir sıra  tədbirlərin keçirilməsi müəyyən edilmişdir. 21 avqust - 21 sentyabr “Sülh aylığı” barədə tədbirlər planı hazırlanmışdır. Kitabxanada “Sülh aylığı” başlığı altında sərgi təşkil olunmuş, aylıq çərçivəsində məruzə, mühazirə və söhbətlər aparılmışdır. 02 sentyabr “Beynalxalq Sülh Günü” (1981) münasibətilə rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları söhbət və diskussiya apardılar .