Qubadlı rayon Mərkəzi Kitabxanası

Qubadlı rayon MKS
Tədbirlər
10 Yanvar , 2020

Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə Respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Qubadlı rayon Mərkəzi Kitabxanası da qoşulmuşdur. Kitabxanamız Qubadlı rayon ictimaiyyəti ilə birgə məcburi köçkünlər üçün salınmış "Stansiya Sumqayıt" adlanan yaşayış massivində ağacəkmə aksiyasında yaxından iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb.